“Onlar ənənəvi olaraq “Milan”a qarşı yaxşı oynayırlar”

“Milan”ın baş məşqçisi Paulo Fonseka Çempionlar Liqasında “Bayer”lə uğursuz matç (0:1) haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, növbəti oyunda qələbə qazanacaqlarına inandığını deyib:

“Qələbə qazana bilmədik, oyunçular çox əsəbi idilər. Məncə, bu yaxşı reaksiyadır. Biz yaxşı işləmişik və “Fiorentina” ilə oyunda qalib gəlmək istəyirik. Baxmayaraq ki, onlar ənənəvi olaraq “Milan”a qarşı yaxşı oynayırlar”.

“Fiorentina” – “Milan” oyunu bu gün keçiriləcək və saat 22:45-də başlayacaq.

“Milan” sonuncu dəfə 2022-ci ildə İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button