Qədirzadə oynadı, komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Dila Qori” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 69-cu dəqiqədə meydana buraxılıb.
“Samtrediya” 11 oyuna topladığı 8 xalla hazırda 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin