Qədirzadə oynadı, komandası evdə xal itirdi
Futbol üzrə Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
“Samtrediya” 12 oyuna topladığı 9 xalla hazırda 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin