“Qəbələ”nin üzvü “bürünc” qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Ağayev Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay Karate 1 Premyer Liqasında fərqlənib. O, nüfuzlu yarışda 75 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Rafael xorvatiyalı İvan Martinaçı 1:0, italiyalı Andrea Minardini 4:0, türkiyəli Erman Eltemuru 2:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Bəhmən Əsgəriyə 0:2 hesabı ilə uduzan Rafael, bürünc medal uğrunda döyüşə çıxıb.

Fransa təmsilçisi Loqan Da Kostanı məğlubiyyətə uğradan Ağayev, turnirdə 3-cü yeri tutaraq, bürünc mükafatın sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button