“Qəbələ”nin sabiq baş məşqçisi Premyer Liqada çalışa bilər
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin yenidən Rusiyada çalışa bilər.
Komanda.az “championat.ru” saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Rotor”da baş məşqçi postuna namizədlər arasında 73 yaşlı mütəxəssis də var. Rusiya klubunun rəsmiləri bu məlumatı təsdiqləyib.
“Rotor”da bir neçə gün əvvəl baş məşqçi Aleksandr Haçkeviçlə yollar ayrılmışdı. Volqoqrad təmsilçisi Premyer Liqada 13-cü sıradadır.
Syomin 2013/14 mövsümündə “Qəbələ”ni çalışdırıb. O, son olaraq Rusiyada “Lokomotiv”də baş məşqçilik edib. Syomin 2020-ci ilin mayından işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin