Azərbaycan millisinin üzvünün klubunda Qriqorçuk səsləri
“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynada komanda çalışdıra bilər.
Komanda.az xəbər verir ki, “Kolos” klubu 56 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə, “Kolos” rəsmilərinin Qriqorçukla danışıqlar apardığı bildirilib.
“Kolos”da Azərbaycan millisinin üzvü Anatoli Nuriyev çıxış edir.
Son olaraq Belarusun “Şaxtyor” komandasını çalışdıran Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”də baş məşqçilik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin