“Qəbələ”nin rəqibi rumıniyalı futbolçu transfer etdi
“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən komanda rumıniyalı yarımmüdafiəçi Klaudiu Bumbanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Rumıniya yığmasında da oynamış futbolçu karyerası ərzində “Baya Mare”, “Tarqu Mureş”, “Hapoel” (Təl-Əviv), “Dinamo” (Buxarest), “Konkordiya”, “Adanaspor” və “Kişvarda” komandalarında forma geyinib.
“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə ayın 28-də Qəbələdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin