“Qəbələ”nin məşqçisinə 5 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
Birinci divizionun 29-cu turunun “Neftçi-2” – “Araz Naxçıvan” oyununda “Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.
“Neftçi-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” klubunun futbolçusu Emil Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.
29-cu turun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun futbolçusu Kənan Müslümov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.
“Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Zaqatala klubu 80 manat cərimə edilib.
“Zaqatala” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilib.
“Zaqatala” – “Qəbələ-2” oyunu bitdikdən sonra “Qəbələ-2” komandasının qapıçılar üzrə məşqçisi Elçin Rzazadə oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, komanda 400 manat cərimə edilib.
“Səbail-2” – MOİK oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Səbail-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Elşən Veysov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Sumqayıt-2” – “Şamaxı-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.
“İmişli” – “Zirə-2” oyununa təcili tibbi yardım təyin olunan vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 40 manat cərimə edilib.
“İmişli” – “Zirə-2” oyununda “İmişli” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “İmişli” klubu 80 manat cərimə edilib.
“İmişli” – “Zirə-2” oyununda meydançaya kənar əşyalar atıldığına görə “İmişli” klubu 160 manat cərimə edilib.
Bizi Facebook-da izləyin