“Qəbələ”nin kapitanı əməliyyat edilib
“Qəbələ”nin futbolçusu Asif Məmmədov əməliyyat olunub.
Komanda.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçidə axil vətərinin yırtılması aşkarlanıb.
Premyer Liqanın 34-cü turunda “Turan Tovuz”la görüşdə zədələnən kapitan üçün mövsüm başa çatıb.
Məmmədovla yanaşı, “Turan Tovuz”la qarşılaşmada dizindən xəsarət alan digər yarımmüdafiəçi Feras Abu Akalın da zədəsinin ciddi olduğu müəyyənləşib. 26 yaşlı israilli orta sahə oyunçusu yenidən müayinədən keçəcək və durumuna həmin vaxt aydınlıq gələcək.
“Qəbələ” öz meydanında “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin