“Qəbələ”nin hakimi təhqir edən məşqçisinin cəzası bilindi

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 6-cı turunda “Turan Tovuz”la səfər matçına təsadüf edib.

2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra baş hakimin ünvanına nalayiq ifadə işlədən Məmmədova AFFA İntizam Komitəsi tərəfindən 2 matç şərti olmaqla 5 oyunluq cəza kəsilib. Sınaq müddəti 3 ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button