“Qəbələ”nin hakimi təhqir edən futbolçusunun və menecerinin cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Birinci divizionun 23-cü turunun “Səbail-2” – “Kəpəz-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

“Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının həkiminin “A” buraxılış vəsiqəsi olmadığına görə komanda 80 manat cərimə edilib.

23-cü turun “Neftçi-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

Birinci divizionun 23-cü turunun “Mingəçevir” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

23-cü turun MOİK – “Turan Tovuz-2” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

23-cü turun “Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Rauf Rüstəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komanda 320 manat cərimə edilib.

“Araz Naxçıvan” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının meneceri Muraz Muradlı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klub 400 manat cərimə edilib.

23-cü turun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununun keçirildiyi Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında texniki zonanın xətlənməsində nöqsanlar olduğuna görə “Sumqayıt-2” komandasına xəbərdarlıq edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button