“Qəbələ”ni bu şirkət geyindirəcək Edit

“Qəbələ” klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi ABŞ-ın tanınmış şirkəti “Capelli Sport”la əməkdaşlığa başlayıb. İdman geyimləri istehsalçısı ilə 3 illik müqavilə imzalanıb.

“Capelli Sport” “Qəbələ”nin idman geyimi tərəfdaşı olacaq. “Qırmızı-qaralar”ın əsas, əvəzedici və akademiya komandaları eksklüziv olaraq klubumuz üçün hazırlanacaq geyimlərdə çıxış edəcək.

“Capelli Sport”un əsası 2011-ci ildə qoyulub. Qısa müddətdə futbol bazarında özünə yer edən Şimali Amerika təmsilçisi idman dəstləri, qapıçı əlcəkləri, top, həmçinin müxtəlif üslublu geyimlər, çantalar, kepkalar, idman ayaqqabıları istehsal edir. “Capelli Sport” dünyanın müxtəlif yerlərində onlarla komandanın tərəfdaşıdır.

“Capelli Sport Europe”un prezidenti Key Moureg yeni əməkdaşlıq barədə fikirlərini açıqlayıb: “Qəbələ” ilə əməkdaşlıqdan çox məmnunam. Klub, onun üzləri və ruhu “Capelli Sport” üçün idealdır. Birlikdə mütləq gözəl işlər reallaşdıracağıq.”

“Capelli Sport Europe”un biznesin inkişafı meneceri Halil Özçelik də bu sazişin imzalanmasından və Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib: “Sazişin imzalanmasından və Azərbaycana gəlişimizdən çox məmnunam. Klubun böyük fəlsəfəsi var – mükəmməl akademiya, avrokuboklarda uğurlar marağımıza səbəb oldu . Bunlarla elə yerində tanış oldum. “Qəbələ” ilə əməkdaşlıq edərək, məhsullarımızı bütün regionda tanıtmaq istəyirik və yaxın illərdə brendimizi daha da inkişaf etdirməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button