“Qəbələ”lilər məktəblilərlə görüşdü
Bu gün Qəbələ şəhəri, Vəndam qəsəbəsi 1 və 2 saylı orta məktəbdə “Qəbələ” İdman Klubunun cüdo idman növü üzrə bölməsinin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, futbolçular – Elvin Camalov və Lalavele Atakoranın iştirakı ilə şagirdlərlə görüş keçirilib.
Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı çıxış edən Rail İsmayılov, Lalavele Atakora və Elvin Camalov məktəbliləri komandanın yanında olmağa və onu dəstəkləməyə çağırıblar.
Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Lalavele Atakora və Elvin Camalovun imzalı forması təqdim olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin