“Qəbələ”dən iki məşq
“Qəbələ” mövsümün ikinci yarısına hazırlığını davam etdirir.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 5-ci gününü başa vurub.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıb. Hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin