“Qəbələ”də yeni müqavilə

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb.

32 yaşlı oyunçu 2024/2025 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinəcək.

Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi” klublarında çıxış edib. O, Azərbaycan yığmasında keçirdiyi 3 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button