“Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi”
“Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi. Bakıdakı hazırlıq müddətində uşaqları yukləmişdik və bunun fonunda onları iş başında bir daha yoxladıq”.
Komanda.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Qəbələ” bu gün keçirilən yoxlama oyunundan sonra deyib.
O, qolsuz başa çatan maçı belə şərh edib: “Oyun xoş atmosferdə keçdi. Görüşü zədəsiz başa vurduq. Hər iki hissədə maraqlı hücumlarımız alındı, hansı ki, bu gedişlər üzərində yeni-yeni işləyirik. Müdafiədən isə uzun deyil, qısa ötürmələrlə çıxmağa çalışdıq. Yəni bunların üzərində 4-5 gün isləməyimizə baxmayaraq, nəticə pis deyildi.
Birinci hissədə əvvəlki oyunlarda az şans verdiyimiz futbolçulara da meydana çıxmaq imkanı yaratdıq. Onların da təzyiq altında nəyə qadir olduqlarını gördük. Maraqlı və faydalı bir görüş oldu”.
Bizi Facebook-da izləyin