“Qəbələ”də Bezotosnı şoku

“Qəbələ” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqanın 25-ci turu çərçivəsində doğma meydanda “Zirə” ilə qarşılaşan bölgə təmsilçisinin qapıçısı Dmitri Bezotosnı bu matçın ilk yarısının son dəqiqəsində sıradan çıxıb.

O, topu oyuna daxil etmək istəyərkən sürüşüb və yerə dəyib. Yerdə qalan futbolçuya həkimlər yardım göstərsə də, o, oyunu davam etdirə bilməyib. Bu üzdən də fasilə ərəfəsində məşqçilər korpusu Dmitrinin əvəzində Anar Nəzirovu meydana buraxıblar.

Bezotosnının zədəsinin nə dərəcədə ciddi olmasına qarşıdakı günlərdə tam aydınlıq gələcək.

Qeyd edək ki, ilk yarıdan sonra “Qəbələ” qonaqları 1:0 hesabıyla məğlub edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button