“Qəbələ” – “Zirə” oyunu təxirə salındı, “Neftçi” – “Sumqayıt” matçının saatı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Zirə” oyunu əlverişsiz hava şəraitinə görə 65-ci dəqiqədə təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Sözügedən matç 14 mart, saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək.

PFL-in digər məlumatına görə, Qəbələdəki görüşə görə bu turun “Neftçi” – “Sumqayıt” görüşünün də başlama saatı dəyişdirilib. Qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, saat 18:15-də yox, 18:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button