“Qəbələ” və “Araz-Naxçıvan” yoxlama oyununda qarşılaşacaq
“Araz-Naxçıvan” və “Qəbələ” Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək yoxlama oyununda üz-üzə gələcəklər.
Komanda.az xəbər verir ki, qarşılaşma sentyabrın 10-da Qəbələdə baş tutacaq.
Üç günlük istirahətə buraxılan “Araz-Naxçıvan” sentyabrın 7-də bir araya gələcək və qarşılaşmanın baş tutacağı şəhərə yollanacaq.
Abdulla Rzayev və Mirəli Əhmədov Azərbaycanın U-21 yığmasının, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə hazırlıq prosesində və yoxlama matçında iştirak etməyəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin