“Qəbələ” üçün 28 oyuna 21 futbolçu

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə “Qəbələ”nin heyətində 21 futbolçu meydana çıxıb.

Komanda.az xəbər verir ki, baş tutan 28 turda yalnız Ülvi İsgəndərov bütün matçlarda iştirak edib.

O, çempionatın bütün iştirakçıları arasında 28 oyun keçirən üç futbolçudan biridir.

Üç oyunçu – İsnik Alimi, Məqsəd İsayev və Rövlan Muradov yalnız bir oyunu buraxıb. 27 görüşə çıxan üç futbolçudan ikisi bu qarşılaşmaları əvəzolunmadan keçirib. Çempionat ərzində hamıdan çox – 2430 dəqiqə meydanda olan üç futbolçudan ikisi “Qəbələ”nin üzvləridir. Bunlar İsniklə Məqsəddir.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin güvəndiyi 21 futbolçudan 14-ü matçların yarısından çoxunda şans qazanıb. “Qırmızı-qaralar” mövsüm ərzində iki qapıçıya güvənib.

“Qəbələ”nin vurduğu 38 qola 14 oyunçu imza atıb. İsnik Alimi hamıdan çox – 8 dəfə fərqlənib. Ülvi İsgəndərovla Rafael Utziqin hərəsinin aktivində 6 top var. Rövlan Muradov isə üç qola sevinib. 5 futbolçu hərəyə iki, 5 oyunçu isə bir dəfə rəqib qapısına yol tapıb.

futbolçu  oyun  dəqiqə  qol  sarı  qırmızı
Ülvi İsgəndərov28961630
İsnik Alimi272430870
Məqsəd İsayev272430160
Rövlan Muradov271743340
Murad Musayev262340250
Nicat Mehbalıyev262340-3130
Ruan Renato262339251
Rafael Utziq262327650
Urfan Abbasov262207130
Stefan Vukçeviç261969071
Asif Məmmədov221692160
Omar Hani211325211
Fernan Lopes161050170
Emil Səfərov16533230
Ehtiram Şahverdiyev13389121
Patrik Robson10444000
Rüfət Əhmədov8506030
Kamal Mirzəyev541020
Yaovi Akakpo4306200
Kristof Atanqana2180-300
Hüseyn Mürsəlov2143000
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button