“Qəbələ” Tiflisdə dördüncü oldu
Gürcüstanın Tiflis şəhərində keçirilən “Dinamo Cup” beynəlxalq turniri başa çatıb.
Komanda.az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası ilkin mərhələdə üç oyun keçirib.
Yarışın ilk günündə “Riqa” (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olan komanda Litvanın “Ateitis” klubu üzərində böyükhesablı qələbə qazanıb – 4:1. İkinci görüşdə meydan sahibi “Dinamo”ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub.
İlk iki pillədə olan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) üçüncü yer uğrunda oyuna çıxıblar. Çoxsaylı qol imkanlarından yalnız ikisini reallaşdıran “Qəbələ” futbolçuları yekunda məğlub olub – 2:3.
Əsas vaxtı 2:2 hesabı ilə başa çatan final matçında “Riqa”ya (Latviya) penalti seriyasında qalib gələn yerli “Dinamo” çempion adını qazanıb.
“Qəbələ”nin üzvü Qədir Ramazanov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.
Turnirdən sonra kollektiv Tiflis şəhəri ilə tanış olub, mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib.
Bizi Facebook-da izləyin