
“Qəbələ” “Sabah”la yoxlama oyunu keçirəcək
2023/2024 mövsümünün hazırlığını davam etdirən “Qəbələ”nin ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Qəbələdə hazırlıq keçən “qırmızı-qaralar” “Sabah”la üz-üzə gələcək.
Görüşün vaxtı və yeri də dəqiqləşib. Avropa Konfrans Liqasına hazırlaşan komandalar iyulun 3-də qarşılaşacaq. Qəbələ şəhər stadionundakı matç saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin