“Qəbələ” rəsmisi kubokun final oyunu haqda: “Bəzi addımlar atılacaq”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin dünən keçirilən cavab matçlarından sonra final oyununda qarşılaşacaq komandaların adlarına aydınlıq gəldi. Bunlar “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Qəbələ” və “Zirə”dən üstün olan “Sumqayıt”dır.

Hər iki komandanın paytaxt Bakını təmsil etməməsi, kubokun final matçının isə Naxçıvana salınması xeyli söz-söhbətə səbəb olub. Futbol mütəxəssisləri, azarkeşlər PFL-in final görüşünü Naxçıvana salmaqda tələsdiyini düşünürlər. “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı ilə də məhz bu məsələ haqda danışdıq. Klub rəsmisi “final oyunu Naxçıvana salınıbsa, orda da oynamalıyıq” deyir:

“Kubokun final görüşünün Naxçıvana salınmasına münasibət deyəndə, final oyununu hansısa şəhərə təyin edəndə komandaların fikrini öyrənmək kimi bir praktika yoxdur heç yerdə. Ona görə də, hara təyin olunubsa, gedib orda oynamalıyıq”.

Bəs “Qəbələ” azarkeşləri Naxçıvana necə gedəcəklər? Klub bunun üçün hansısa addım atacaqmı?:

“Finala çıxmağımız dünən bilindi deyə, bu suala dolğun cavab vermək tezdir. Getmək istəyənlərin müraciətinə baxacağıq, hansı yolla getmək mümkün olduğunu araşdıracağıq. Oyunda dəstəksiz qalmamaq üçün təbii ki, bəzi addımlar atılacaq”.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button