
“Qəbələ” özünə yeni sponsor tapıb
Azərbaycan Premyer Liqasında mübarizə aparan və ölkə kubokunda yarımfinala çıxan “Qəbələ” yeni sponsorla anlaşıb.
Komanda.az xəbər verir ki, Qəbələ təmsilçisinin növbəti tərəfdaşı «Yeuro Klima» şirkətidir.
“Qırmızı-qaralar” sabah yeni sponsoru ilə rəsmi müqavilə imzalayacaq. Anlaşmanın müddətinin 3 illik olacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin