“Qəbələ” “Omoniya” ilə oyunlar üçün 22 futbolçu sifariş etdi
“Qəbələ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Omoniya”sı ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Komanda.az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev siyahıya 22 futbolçu daxil edib.
Qapıçılar: Kristof Atanqana, Elməddin Sultanov;
Müdafiəçilər: İlkin Qırtımov, Zurab Oçiqava, Lukas Afriko, Rauf Hüseynli, Nicat Əliyev, Murad Musayev, Hüseyn Mürsəlov, Ürfan Abbasov;
Yarımmüdafiəçilər: Fares Abu Akel, Gilad Abramov, Əyyub Allaş, Asif Məmmədov, Mehrac Baxşəli, Bilel Auaşeriya, Ahmed Ayzaya;
Hücumçular: Emil Səfərov, Omar Hani, Ülvi İsgəndərov, Yaovi Akakpo, Osama Xalayla.
Xatırladaq ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.
Bizi Facebook-da izləyin