
“Qəbələ” müdafiəçisi ilə vidalaşdı
“Qəbələ” klubu futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, 2021-ci ilin yayından əyalət təmsilçisində forma geyinən 29 yaşlı müdafiəçinin müqavilə müddəti başa çatıb.
Məqsəd İsayev iki mövsüm ərzində 73 matçda 4 qol vurub. O, Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi komandanın heyətində Azərbaycan kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin