“Qəbələ” də getdi
“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını keçirmək üçün Türkiyəyə yollanıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq.
Hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. Əyalət təmsilçisi yanvarın 12-də Rumıniyanın “Sepsi”, 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” komandası ilə görüşəcək.
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin