“Qəbələ” baxışa futbolçu çağırdı

2018/19 mövsümünün ikinci yarısına hazırlığını davam etdirən “Qəbələ” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Gürcüstanın “Saburtalo” klubunun sabiq futbolçusu Davit Volkovi “qırmızı-qaralar”ın düşərgəsinə qoşulub.

Volkovi tibbi müayinədən uğurla keçəcəyi təqdirdə, “Qəbələ”ylə rəsmi müqaviləyə imza atacaq.

Karyerasına 2012-ci ildə “Qaqra” klubunda başlayan 23 yaşlı forvard, 2013-2015-ci illərdə Tiblisi “Dinamo”sunda çıxış edib. O, 2017-ci ildən “Saburtalo”da çıxış edib. Volkovi bu klubun heyətində Gürcüstan çempionatında 45 oyuna 18 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button