“Qəbələ” 9-cu günü 2 məşqlə başa vurdu
“Qəbələ” mövsümünün ikinci yarısına hazırlığını davam etdirir.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub. Komanda günü iki məşqlə yekunlaşdırıb.
Məşqdən öncə komandanın çalışdırıcısı Elmar Baxşıyev futbolçular önündə 20 Yanvar faciəsi haqda çıxış edərək onları məlumatlandırıb. Ardınca Qanlı Yanvar gecəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla anılıb.
“Qırmızı-qaralar”ın hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin