
“Qəbələ” 6 futbolçu ilə vidalaşıb
“Qəbələ” klubu altı futbolçu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti paylaşım edib.
Onların hamısı legionerdir.
Müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə müddəti 2023/2024 mövsümünün sonunda başa çatan müqavilələr yenilənməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin