Pərdis Almaniyada debüt matçına çıxdı
Futbol üzrə Almaniya Regional Liqasının şimal-şərq zonasında 2019/20 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Pərdis Fərcad-Azadın yenicə müqavilə bağladığı Berlin “Viktoriya”sı da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Erfrut”la qarşılaşıb. Paytaxt klubu bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Pərdis də bu oyunun iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin