Pyaniç rəsmən Rusiya klubunda

Rusiyanın ÇSKA klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarca” klubundan ayrılan Miralem Pyaniçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moskva klubu bosniya və herseqovinalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Miralem Pyaniç karyerası ərzində “Mets”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button