“Yıxılan adama təpik vurmaq istəmirəm” – “Yuventus”un sabiq prezidenti
İtaliyanın “Yuventus” klubunun sabiq prezidenti Covanni Kobolli Ciqli “Verona”ya 1:2 hesablı məğlubiyyətdən sonra komandanı tənqid edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun sabiq prezidenti, “qoca sinyora”nın baş məşqçisi Mauritsio Sarrini və futbolçuları tənqid edib:
“Yarımmüdafiədəki problemlər psixolojidir. Miralem Pyaniç meydanda “mozzarella” (pendir) kimi görünürdü. O, yorğun görünürdü və bəlkə də, bir az istirahətə ehtiyacı var. Yarımmüdafiədəki problemlər həll olunmalıdır.
Hər zaman Sarrini tənqid etmişəm, amma yıxılan adama təpik vurmaq istəmirəm.
Klubun idman direktoru Paulo Dibalanın komandanın ən yaxşı futbolçularından biri olduğunu dedi. Bəs niyə onu satmaq istəyirlər?
Düşünürəm ki, futbolçuların çempionatda uğurdan bezmələri dramatikdir. Klub prezidenti Andrea Anyelli riskli, amma yaxşı müqavilələr imzaladı. Məncə, o, klubda vəziyyəti ələ alıb, səsini eşitdirə biləcək yeganə şəxsdir”.
Bizi Facebook-da izləyin