Pyaniç İtaliya klubuna lazım deyil
“İnter” hüquqları “Barselona”ya məxsus olan “Beşiktaş”ın yarımmüdafiəçisi Miralem Pyaniçlə müqavilə bağlamaq niyyətində deyil.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Pyaniç mediada yayılan məlumatların əksinə olaraq, yay pəncərəsi dövrü üçün Milan klubunun siyahısında yer almayıb.
Bosniyalı futbolçu “Beşiktaş”da icarə müddəti bitdikdən sonra “Barselona”ya qayıdacaq. Onun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
Pyaniç 2021-ci ildə “Barselona”dan icarə əsasında “Beşiktaş”a keçib. 32 yaşlı yarımmüdafiəçi bu mövsüm Türkiyə Super Liqasında 20 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin