Pyaniç təklif alıbmış – Fransa millisindən

“Yuventus”un bosniya və herseqovinalı yarımmüdafiəçisi Miralem Pyaniç açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, keçmişdə Fransa millisindən təklif aldığını deyib:

“18 yaşımda olarkən, “Lion”da oynayarkən, Fransa Futbol Federasiyasından milli komandada oynamaq üçün təklif almışdım. Amma Bosniya və Herseqovina millisi də məni istəyirdi və mən onları təəssüfləndirə bilməzdim. Bosniya və Herseqovina millisinin formasını geyinmək hər zaman xəyalım olub”.

“Yuventus”dakı keçmiş baş məşqçisi Massimiliano Alleqri haqqında da danışan Pyaniç, “Alleqri möhtəşəm mütəxəssisdir. Bu komandanı idarə etmək asan deyil, amma o, bunu çox yaxşı bacardı” deyib.

“Qoca sinyora” ilə 2023-cü ilədək müqaviləsi olan futbolçu, bu mövsüm iştirak etdiyi 44 oyunda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button