Putindən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrə təklif
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nəzdində idman assosiasiyaları yaratmağı təklif edib.
Komanda.az xəbər verir ki, bu barədə Putin özü açıqlama verib.
Putin bildirib ki, bu istiqamətdə əməkdaşlığı fəallaşdırmaq və ŞƏT-in təşkilatçılığı ilə böyük idman tədbirləri keçirmək üçün yaxşı imkanlar var.
Təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan kimi ölkələr daxildir. Bu il müşahidəçi qismində Əfqanıstan, Belarus, İran və Monqolustan çıxış edir. Tərəfdaş ölkələr isə Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin