Putin bir tərəfdən Ukraynanı bombaladır, bir tərəfdən də…
Rusiya prezidenti Vladimir Putin Astanada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
Komanda.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Putin, görüşdə Rusiyanın futbol üzrə dünya çempionatının təşkili ilə bağlı təcrübəsini bölüşməyə hazır olduğunu bildirib və turnirin keçirilməsində uğurlar arzulayıb:
“Dünya çempionatına hazırlıq təcrübəsini ötürmək üçün əlimizdən gələni edirik, bunu bilirsiz, indi də bu barədə danışmaq imkanımız oldu. Bu böyük tədbirin keçirilməsində sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, belə də olacaq”.
Futbol üzrə dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Rusiya 2018-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etmişdi.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin