Putinə verilmiş ordeni geri aldılar
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) 2014-cü ildə Rusiya prezidenti Vladimir Putinə verilmiş ordeni geri alıb.
Komanda.az xəbər verir, bu barədə FINA-nın rəsmi saytı məlumat yayıb. Bundan başqa, Rusiya və Belarus üzgüçüləri beynəlxalq yarışlarda ölkələrini təmsil edə bilməyəcəklər. İdmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə biləcəklər.
Bildirilib ki, üzgüçülər FINA himni və bayrağı ilə yarışacaqlar.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin