Püşkatmanın vaxtı bilindi – Futzalda

Sentyabrın 13-də futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünün püşkü atılacaq.

Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, Bakı İdman Sarayının mətbuat konfransı otağındakı tədbir saat 12:00-da start götürəcək.

Əsas yarışla yanaşı, Birinci və İkinci Liqaların da püşü atılacaq.

Yüksək Liqada iştirak üçün 6 komanda – “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Rekord club az”, “Alyans” FK (Lənkəran) və U-19 qeydiyyatdan keçib. Yarışa sentyabrın 26-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button