“Püşkatma zamanı bir az əsəbi idim” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Maks Eberl UEFA Çempionlar Liqasının yeni formatı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəsmisi püşkatma zamanı bir az əsəbi olduğunu bildirib:
“Püşkatma zamanı bir az əsəbi idim. 8 fərqli kluba qarşı oynamaq tamam başqa hissdir. Son tura qədər intriqa olacaq. Əvvəllər ilk iki yeri tutan komanda 6 oyunda müəyyənləşirdi. “Bayern” ilk matçda qalib gəlmək əzmindədir. Bu, bizim üçün çox önəmlidir”.
Münhen klubu açılış turunda doğma meydanda Zaqreb “Dinamo”sunu qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin