Püşk atıldı: Abasov ilk turda rusiyalı şahmatçı ilə qarşılaşacaq
Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.
28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək. Abasov üçüncü turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, dördüncü turda fransalı Əlireza Firuzca, beşinci turda hindistanlı Dommaracu Qukeş, altıncı turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə üz-üzə gələcək.
Azərbaycan şahmatçısı ikinci dövrədə, 8-14-cü turlarda eyni ardıcıllıqla görüşlər keçirəcək.
İddiaçılar Turniri aprelin 2-25-i aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin