Pulişiç İtaliya klubu üçün tibbi müayinədən keçəcək
“Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç karyerasını “Milan”da davam etdirəcək.
Komanda.az xəbər verir ki, 24 yaşlı amerikalı futbolçunun bu həftə Milan klubunda tibbi müayinədən keçməsi planlaşdırılır. Onunla 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
Pulişiç 2019-cu ildən “Çelsi”də çıxış edir. O, 2022/23 mövsümündə “zadəganlar”ın heyətində bütün yarışlarda 30 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin