
“Milan”ın futbolçusu haqqında yayılan xəbərləri təkzib edib
“Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç komandanın baş məşqçisi Serjio Konseysao ilə mümkün münaqişə ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İddialara görə, “Milan” UEFA Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra tərəflər arasında fikir ayrılığı yaranıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, amerikalı futbolçu heç vaxt baş məşqçi ilə mübahisə etmədiyini deyib:
“Mən heç vaxt baş məşqçi ilə mübahisə etməmişəm və transfer istəməmişəm. Klubda hər şeydən razıyam, burada çıxışımı davam etdirmək istəyirəm. Bu yalanı oxumaq istəmirəm. Biz birləşməliyik və klub üçün birlikdə mübarizə aparmalıyıq”.
“Milan” pley-off matçlarında “Feyenoord”a uduzaraq (0:1; 1:1), Çempionlar Liqasından kənarlaşdırılıb. Komanda A Seriyasında 7-ci yerdədir.
Bizi Facebook-da izləyin