“Pul o qədər də vacib deyil” – “Real”ın yeni transferi

Çud Bellingem “Real”a keçidi haqda danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Real”a keçərkən pul haqqında düşünmədiyini deyib:

“Tarixin ən böyük futbol klubuna qoşulduğum gündür. Məni bura gətirdikləri üçün çox insana təşəkkür etməliyəm – onlar Dortmund “Borussiya”sında, “Birmingem”də işləyirlər. Mən “Real”ın prezidentinə, digərlərinə, ən əsası, müqaviləni mümkün qədər asanlaşdırmaq üçün verdikləri dəstəyə görə ailəmə təşəkkür etməliyəm.

Pul o qədər də vacib deyil, bu haqda düşünməmişəm. Növbəti klubumu seçərkən heç vaxt pul barədə düşünməmişəm. Dortmund klubu ilə danışdım, “Real”ın təklif etdiyi şeyləri bəyəndim, hər şeyin sürətli olmasını istədim. Əlbəttə, digər klublar da pis deyil, amma mən Madridi seçdim”.

“Borussiya”dan (Dortmund) ayrılan Bellingem rəsmi olaraq “Real”ın oyunçusu kimi təqdim olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button