“Pul alsam, şərəfim, qürurum necə olar?” – Neymarın vurduğu azarkeş
PSJ-nin Fransa kubokunun finalında “Renn”ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vuran Neymar, yenidən diqqət mərkəzinə düşüb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Neymarın vurduğu azarkeş, verdiyi açıqlamada, məsələylə bağlı təhdid olunduğunu deyib:
“Cümə axşamı evimə 4 nəfər gəldi və məni təhdid etdilər. Neymarı məhkəməyə vermədim. Mənim bunun qarşılığında pul aldığımı deyirlər, mən pul almamışam. Pul alsam, mənim şərəfim, qürurum necə olar?”
Haqqında araşdırılma başladılan 27 yaşlı futbolçunun cəzası hələ açıqlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin