
Tanınmış futbolçu həyat yoldaşı ilə necə tanış olub?
“Tottenhem”in hücumçusu Riçarlison həyat yoldaşı ilə necə tanış olduğunu xatırlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu söyləyib:
“Uzun müddətdir “PUBG Mobile” oynayıram. İllər ərzində çoxlu dostlar qazandım və həm də oyun vasitəsilə sevgilim Amanda ilə tanış oldum. Oğul sahibi olmaq bizim bağımızı daha da gücləndirdi. Həqiqətən, ümid edirəm ki, Riçarlison Junior böyüyəndə onunla sevdiyim hər şeyi paylaşa biləcəm. Bir gün oğlumla “PUBG Mobile” oynamaq və ona bütün hekayəmizi danışmaq çox gözəl olardı”.
Cütlük 2019-cu ildə tanış olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin