PSV-nin 5 üzvündə koronavirus aşkarlandı

Niderlandın PSV klubunda daha beş nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, koronavirusa yoluxanlardan üçü futbolçu, digər ikisi isə klub işçisidir. Koronavirus testi pozitiv nəticələnən şəxslər karantinə alınıb.

Koronavirusa yoluxan futbolçular sabah UEFA Avropa Liqasında keçiriləcək “Qranada” ilə oyunu buraxacaqlar.

PSV-nin daha əvvəl koronavirusa yoluxan futbolçuları – Eran Zahavi və Cordan Teze isə sağalıb və məşqlərə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button