
PSV-dən Perişiçlə yeni müqavilə
PSV-nin futbolçusu İvan Perişiç komandadan ayrılmayacaq.
Komanda.az xəbər verir ki, Niderland təmsilçisi cinah oyunçusu ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun saytı məlumat yayıb.
36 yaşlı vingerlə yeni müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Ötən mövsüm Perişiç 39 oyun keçirib, 16 qol vurub və 11 məhsuldar ötürmə verib.
Xorvatiyalı futbolçu karyerası ərzində “Borussiya” (Dortmund), “İnter”, “Bavariya” “Tottenhem” kimi məşhur klubların da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin