
PSV-dən “Çelsi”yə 35 milyonluq transfer
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, London təmsilçisi İngiltərənin U-21 yığmasının və Niderlandın PSV klubunun yarımmüdafiəçisi Noni Maduekeni transfer edib.
20 yaşlı vingerin keçidi üçün PSV-yə 35 milyon avro ödənilib. Gənc futbolçu ilə isə 7.5+1 illik müqavilə imzalanıb.
Madueke 2018-ci ildən PSV-də çıxış edirdi. Gənc vinger Niderland klubunun əsas komandasında 80 oyuna çıxıb, 20 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin