“Barselona” icarədə olan futbolçusunu 10 milyon avroya satacaq
“Barselona” yay transfer pəncərəsinin ilk satışı ilə bağlı razılığa gəlməyə yaxındır.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barsa” amerikalı müdafiəçi Serjinyo Destlə yollarını ayıracaq.
Futbolçunun icarə əsasında çıxış etdiyi Niderland təmsilçisi PSV onun tam transferini rəsmiləşdirməyə qərar verib. Eyndhoven klubu 23 yaşlı futbolçunu 10 milyon avroya alacaq.
Dest Niderland çempionatının bu mövsümündə 25 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin